Ekvalip ən hündür ağac sayılır. Avstraliya və Yeni Qvineyada bitir. Hündürlüyü 155 metrə çatır,kökü 30 metr dərinliyə çatır,onun 160 növü vardır. Dünyada elə ağaclar var ki,onları kəsmək istəyəndə adama hücum edib öldürürlər. Bu ağac Madaqasqarda bitir. Onun adı Xenidir. Bu ağac 6-7 metr hündürlükdə qəhvəyi rəngdədir. Ağacın üstündə 8-9 ədəd yerə dəyən yarpaqlar vardır. Yarpaqlardan zəhərli maye axır. • Marçinella ağacı uzaqdan belə adamı iflic edir. Yerli hindu qəbilələri bu ağacı “Şeytan ağacı” da adlandırırlar. Gündüzlər bu ağac başqa ağaclardan fərqlənmir. Axşamlar ağacın gövdəsi,budaqları parlaq işıq saçır. İşıq o qədər parlaq olur ki,hətta gecə kitabda oxumaq mümkündür. Amma bu ağacın altında kim yatsa bir daha oyanmır,ölür. İşıq vermə fosfor və başqa kimyəvi maddələrin hesabınadır. Təbiətdə belə vəhşi,zərərli ağacların sayı 500-ə çatır. Hindistanda bitən nəhəng əncir ağacının kölgəsində eyni vaxtda 7 min insan istirahət edə bilər. Üç minə qədər qol-budağı olan bu ağacın 3 min il yaşı var. • Sabun ağacı Florida yarımadasında bitir. Onun yetişmiş meyvələrini paltara sürtdükdə köpüklənir. Yerli əhalinin sabuna olan təlabatını bu ağac verir.
|