Cümə Axşamı, 02.05.2024, 05:43Приветствую Вас Гость | RSS
AKU 252
Меню сайта
Разделы новостей
MP3 [10]
Foto [0]
Video [1]
Praqramlar [0]
Mobil Telefon [2]
Rap [2]
Sevgi [14]
Dini [6]
Maraqli [30]
Наш опрос
Sayta ne lazimdir?
Всего ответов: 156
Мини-чат
Главная » 2009 » Fevral » 27 » Çarəsiz sevgilinin öz sevgilisinə yazdığı son məktub.
Çarəsiz sevgilinin öz sevgilisinə yazdığı son məktub.
11:40
 
Haykırardım sənə olan hisslərimi əllərimi göylərə qaldıraraq....

Amma çarəsiz

amma yorğun

amma bitmiş....

Bir körpənin doluxsunmuş göz yaşları ilə yazacam sənə bu axşam... bir şairin misraları topladığı yaxud bir aşığın mahnısını notla çalmağa çalışması kimi....
Artıq səndən qalanları həyatımın içindən ayıra bilmirəm... Özümü, bir şansımın belə olmadığı kimi hiss edirəm... O qədər çoxsan ki, yaşadığım yerlərdə hər yerdə sən varsan... Səndən qaçmağı, ürəyimdən qurtulmağı bacarmıram.. Ürəyimi kimsənin əlinin yetmədiyi, quşların belə uça bilmədiyi bir təpəyə basdırmaq istəyirəm... Elə bir yerə ki, heç kimsəni tapıb səni sevdiyim qədər başqasını sevməyə cəsarət etməsin...
Bir zamanlar xəyallarımda səni andıracaq bir çox şeylər vardı, məsələn səninlə olmaq xəyallarına girə bilmək kimi.. Xəyallarımda senin məni düşündüyünü hiss etmək istər, səninlə həyatımın getdiyi yerə qədər getmək, arxama baxmadan səninlə qoşa addımlamaq istərdim yollarda... Çığırmaq istərdim bəzən səni sevdiyimi, haykırmaq istərdim guya eşidəcəksən deyə... Eşidəcək və mənə gələcəksən kimi xəyallar qurardım... Dedim axı xəyallar... Gün ərzində dəfələrlə güzgünün qarşısına keçib sənə səni necə sevdiyimi deyəcəyimi məşq etdim saatlarla... Sənsə bunu heç zaman ürəkdən söyləməmə icazə vermədin... Günəş köçüb gedərdi bu şəhərdən. Göy üzünə baxar ulduzun axmasını arzulardım bir dilək tutmaq üçün... Arzularımın ən baş kəlməsi sən olardın... Adını cümlələrimə yerləşdirim deyə kimsənin başa düşməyəcəyi sətirlər yazardım... Vərəqlərim birdənə qələmim yorulanadək... Səni yazardım...
Ey unudamadığım adına minlərcə cümlələr yazdığım.. Gəlməyəcəyini bilə bilə yollarına baxdığım... Hardasan? Ürəyimdəki sevdam düşmək üzrə.. Artıq zamanın belə səni mənə gətirəməyəcəyini anladım... İndl ağlımda qalan tək kəlmə sənin adın.. Sətirlərə yadığım tək kəlmə... Yenə sən... Gözlərimin önündəki tək xəyal sən qaldın... Həyatım anlamını itirdi artıq getməliyəm..
Getməliyəm...

Gəlməmiş, görməmiş, hiss etməmiş, yaşamamış.... Getməliyəm..

Unudaraq, unudularaq.. Qurduğum dolu dolu ümidləri itirərək....

Getməliyəm.....

Sizin basınızdan belə bir sevgi keçibmi? Sizcə sevgi bu qədər yandira bilərmi?
Категория: Sevgi | Просмотров: 886 | Добавил: aku252 | Рейтинг: 0.0/0 |
Всего комментариев: 0
Имя *:
Email *:
Код *:
Форма входа
Календарь новостей
«  Fevral 2009  »
BeÇaÇrCaCmŞmBz
      1
2345678
9101112131415
16171819202122
232425262728
Поиск
Друзья сайта
Статистика

Saytda Cəmi: 1
Qonaq: 1
İstifadəçi: 0