Cümə Axşamı, 16.05.2024, 17:46Приветствую Вас Гость | RSS
AKU 252
Меню сайта
Разделы новостей
MP3 [10]
Foto [0]
Video [1]
Praqramlar [0]
Mobil Telefon [2]
Rap [2]
Sevgi [14]
Dini [6]
Maraqli [30]
Наш опрос
Sayta ne lazimdir?
Всего ответов: 156
Мини-чат
Главная » 2009 » Mart » 11 » Bağışlamaq “hissi”
Bağışlamaq “hissi”
18:06
Bağışlamaq “hissi” və “anlayışı” insanlara nə qədər vacib və gərəklidir?
Deyilənə görə insan yalnız bu duyğuya sahib olsa belə bunun vasitəsilə o, öz insanlığını cəmiyyətə tanıta bilər. 
Qeyd etmək lazımdır ki, biz çox az bağışlayırıq və yaxud lazım olduğu kimi insanları bağışlaya bilmirik. Bizə elə gəlir ki, biz bağışlamışıq, hətta deyirik “səni bağışlayıram” ancaq buna baxmayaraq, yenidən xatırlayırıq ki, bu –bağışlamaq deyil. Lakin bağışlamaq elə də asant deyil. Bəziləri deyir ki, hətta qardaşının bələ adalətsiz hərəkətini bağışlaya bilmir. Ancaq buna baxmayaraq bu hissə sahib olmaq mütləqdir çünki Allah bizim səflərimizi bizə bağışlayır.


İnsan bu hissə sahib olmaqla bir çox ürəkləri fəth edə bilər bu danılmazdır. Lakin bu zaman belə bir sual meydana gəlir-hami eyni ürəyə sahib ola bilərmi? 
İnsan öz səhfləri üzərində öyrənir. Lakin bəzi insanlar nə qədər səhf etsələr belə həyatın axarını tuta bilmirlər, yəni səhflər kobud şəkildə onlar tərəfindən yenidən təkrarlanmış olur. Bəziləri isə ümumiyyətlə qarşı tərəfi bağışlaya bilmir-asılı olmayaq həmin insan böyük və yaxud kişik səhfə yol verib. Bu cür insanlara cəmiyyət tərəfindən “ Kinli” insanlar adı verilir. Lakin bu hiss də birmənalı qarşılanmır. Onlar bir qrup insanlar tərəfindən belə adlandırılmış olurlar: “Qürürlu insanlar.“ Lakin onların bu cür adlandırılması çıxış yolu deyil. Hətta insan nə qədər qürürlu olsa belə ən azından insanın kiçik sehfi qarşı tərəfdən bağışlanıla bilər. Əgər Allah bizə bizim səhflərimiz bağışlayırsa biz kim oluruq ki, bir-birimizin sehflərimizi bağışlaya bilmirik?!
Onu da qeyd edim ki, çox gemiş ürəyə sahib insanlar vardır ki, onlara qarşı ən kobud səhf buraxılsa belə, yenə də bu hiss onlarda öz böyüklüyünü, zənginliyini göstərmiş olur. Həmin insanlar onlar tərəfindən təkrar-təkrar bağışlanılmış olur. 
Qarşı tərəfi nə qədər bağışlamaq asant və yaxud çətin olsa da insanın özü-özünü bağışlaması nə qədər vacibdir?
Bəzən insan nə qədər az səhf etsə belə bu ona sağlam düşünməyə imkan vermir və buna görə də özünü günahlandırır və özünü bağışlaya bilmir. Bu da bir çox fəsadlara və itkilərə səbəb ola bilər. 
Kim ki, heç vaxt bağışlamır-o ən bağışlanılmazdır!- (Leonid Suxorukov).
Sonda qeyd edim ki, səhfin kiçikliyinə və böyüklüyə varmadan bağışlayın!
Bağışlayın ki, bağışlanasız!


Категория: Maraqli | Просмотров: 837 | Добавил: aku252 | Рейтинг: 5.0/1 |
Всего комментариев: 0
Имя *:
Email *:
Код *:
Форма входа
Календарь новостей
«  Mart 2009  »
BeÇaÇrCaCmŞmBz
      1
2345678
9101112131415
16171819202122
23242526272829
3031
Поиск
Друзья сайта
Статистика

Saytda Cəmi: 1
Qonaq: 1
İstifadəçi: 0