Çərşəmbə Axşamı, 07.05.2024, 10:06Приветствую Вас Гость | RSS
AKU 252
Меню сайта
Разделы новостей
MP3 [10]
Foto [0]
Video [1]
Praqramlar [0]
Mobil Telefon [2]
Rap [2]
Sevgi [14]
Dini [6]
Maraqli [30]
Наш опрос
Sayta ne lazimdir?
Всего ответов: 156
Мини-чат
Главная » 2009 » Mart » 13 » Şəhid Əsgərin Məktubu
Şəhid Əsgərin Məktubu
09:12
yaşasaydım aranızda olacaqdım..
yaşasaydım sən ağlamayacaqdın ana..
namərd bir güllə alınımdan vurmasaydı
sizin kimi bayraq salacaqdım meydanlarda..
çiyin çiyinə gedəcəkdim ana..
eynilə sərin bir səhər 
HƏR ŞEY VƏTƏN ÜÇÜN deyərək
dağlara getdiyim qardaşlarım kimi ana..

Cəbhədəki leytenantım Mətin kimi..
Bakılı Ceyhun kimi..
Ağdamlı Anar kimi..
Lənkəranlı İlham kimi..
Cəbrayıllı Rəşad kimi..
Kəlbəcərli Vüsal kimi ana..
çiyin çiyinə gedəcəkdik 
Vətən üçün.. Vətənim üçün ana..
namərd güllə aınımdan vurmasaydı..
sənə məktub yazacaqdım ana..
Ağdamlı Anardan danışacaqdım sənə..

Anası əllərinə xına yaxıb..
“get oğul” demişdi..
“əgər o soyğunçu sürüsündən qorxsan
Südümü, əməyimi haram edərəm” demişdi..
Anar qorxmadı ana..
Cəbhə soyuq idi..
silahlar əllərimizə yapışırdı amma..
Anar üşümədi ana..
Vuruldu düşdü yerə..
leytenantım yerə baxdı..
Vüsal vuruldu bayrağa baxdı..
Rəçad vurulduğunda analar naləsi gəlirdi artıq qulağıma, ana..

biz qan qardaşıydıq, ana
amma can qardaşı olmaq fərqli idi..
canımız bayraqda birləşsin deyə
Cəbhəyə getmişdik o səhər..
canlar bayraqda birləşir..
Ana intiqamımım üçünmü küçələrdəsən..
Ana..?!! 
Çarəsizliyindən ötərimi belə ikiqat ağlamaqdasan?..
Kədərlənmə torpaq qoxulu anam.. kədərlənmə..
Sən gəl qəbirimə.. məzarıma..
Gəl ki.. mələklər enir sənə təsəlli üçün ana..
mən seyr edirəm səni doya doya, üzünə baxıram..
sən də mən üçün darıxdığında götür ulduzlu bayrağımı seyr et ana..

leytenantım Mətin söz verdi ana..
QANINIZ YERDƏ QALMAYACAQ..!!
biz ölmədik ana..
şəhidlər ölməz deyirdin axı sən, ana
mələklər yoldaşımız oldu ana..


Ana Leytenantım Mətinə de ki:

Böyük bir şəhid ordusu səmada keşik çəkir..!!
Əlləri tətikdə.. gözləri bayraqda..
nəfəslərini tutmuş gözləyirlər ana..
Bu torpaqlar tanıyar..
səma şəhidlərinin yerə enişini..

Qarabağ tanıyar. 
Xocalı səmalarıhələ şəhid iyi verər ana..

leytenantım Mətinə de ki:
gözləyirik..
20 faiz torpağin, o torpaqda tökülən qanların intiqamının saatını ..

ana..!!!
ağlama dua et..
gözlə..
dönəcəyəm sərin bir səhər..
əllərindən öpəcəyəm..
sən də güllənin girdiyi yerdən öpəcəksən..
alınımdan öpəcəksən ana.
.

Категория: Maraqli | Просмотров: 917 | Добавил: aku252 | Рейтинг: 0.0/0 |
Всего комментариев: 0
Имя *:
Email *:
Код *:
Форма входа
Календарь новостей
«  Mart 2009  »
BeÇaÇrCaCmŞmBz
      1
2345678
9101112131415
16171819202122
23242526272829
3031
Поиск
Друзья сайта
Статистика

Saytda Cəmi: 1
Qonaq: 1
İstifadəçi: 0