Çərşəmbə Axşamı, 07.05.2024, 19:36Приветствую Вас Гость | RSS
AKU 252
Меню сайта
Разделы новостей
MP3 [10]
Foto [0]
Video [1]
Praqramlar [0]
Mobil Telefon [2]
Rap [2]
Sevgi [14]
Dini [6]
Maraqli [30]
Наш опрос
Sayta ne lazimdir?
Всего ответов: 156
Мини-чат
Главная » 2009 » Mart » 16 » Bir saatlıq dost
Bir saatlıq dost
11:16
Sürətli bir iş tempinin ardından saatın beş olduğunu Qat keşiyini təhvil verməyə gələn tibb bacıları sayəsində hiss etmişdik. Sıx bir xidmət idi çalışdığım xidmət, uşaq xidmətləri xəstəxanaların ən sıx və gurultulu olan xidmətləridir. Artıq günün sıxlığı keçmişdi, xidmət səssiz bir hal almışdı, axsam müalicələrini indi bitirmişdim və ofisdə çay içməyə getmək üçün tələsirdim. Çünki o günün ilk çayını içməyə fürsət tapdım - deyə öz özümə düşünürdüm. Papaq dağılmış, saç baş qarışmış, yorğun əldən düşmüş bir haldaydım müalicə otağından çıxdığımda. Aynada özümü tanıya bilmədim. ofisə gəldiyimdə tibb bacısı otağının telefonuna zəng gəlirdi. Oturduğum yerdən böyük bir çətinliklə ayağa qalxdım və telefona getdim. Qarşıdakı səs təcilidə avtomobil qəzası yaralılarının olduğunu - içlərində Uşaqların da olduğunu, təciliyə köməyə gəlməmi söyləyirdi. Bütün yorğunluğumu unutmuşdum, sürətlə təcili xidmətinə yönəlmişdim ki digər telefonda növbətçi həkimin növbətçi beyin cərrahı həkimiylə gəlib gəlməmə mövzusundakı mübahisəsini eşitdim. Növbətçi həkimin səsi ortalığı zingildədirdi:
- Nə edək? Buraxaq ölsünmü bu insanlar? Gəlmək məcburiyyətindəsiniz!
- Getdiyiniz dəvət məni maraqlandırmır! Madam çox əhəmiyyətli bir dəvət idi, Növbə dəyişdirsəydiniz.
Danışma belə davam edərkən gələn liftə minib qaçaraq təcili xidmətinə getdim. Hər yer qan rəvan içində idi, ağlayan, qaçışan, yaxınını tapmağa çalışan bir yığın insan var idi, bu izdihamda sağlam bir iş necə edilərdi bilmirdim amma hər kəs əlindən gələni - bəzilərinə baxma səyini göstərirdi. Təcili xidmətdə yataq qalmamışdı, xərəklərə insanlar yatırdılıb ilk müdaxilə edilənə qədər gözlədilir, qeyri-kafi qalan personal yerinə xəstələri yuxarı göndərilən xidmətə ailələri çıxardırdı. O qədər yaralı içində başında kimsəsi olmayan amma vəziyyəti də olduqca ağır 15-17 yaş arası bir gənc var idi. Lazımlı müdaxiləsi edilmişdi lakin sövq edildiyi beyin cərrahı həkimi hələ vəzifə yerinə gəlmədiyi üçün orada gözlədilirdi. Özümə aid sistem və müalicələri tətbiq etdikdən sonra o uşağın başına gedərək maraqlanmağa çalışdım. Şüuru yerində idi, danışdıqlarımı anlayır lakin cavab verə bilmirdi. Son anlarını yaşadığını görürdüm və tək olduğu üçün qorxunc dərəcədə kədərlənirdim onu orada tək buraxa bilmirdim. Onsuz da mən onunla maraqlanarkən təcili xidmət boşalmış, bütün xəstələr lazımlı xidmətlərə paylanmışdı
Əllərimi möhkəm - sıx tuturdu, buraxma deyirmiş kimi gözlərindən yaşlar süzüldükcə özümü mən də tuta bilməz hala gəlmişdim, əyildim yanaqlarından öpdüm. 'Buraxmayacağam səni sakit ol, qəti kədərlənmə" deyirdim heç tanımadığım, daha əvvəl heç görmədiyim bu insana izah edilməz bir yaxınlıq hiss edir, elə bil onun ağrısının eynisini çəkirdim. Çox əzab çəkirdi həm təkliyindən həm də keçirmiş olduğu beyin zədəsindən. Nə qədər müddət daha onunla qaldığımı xatırlamıram. Ovucumu buraxmasıyla özümə gəldim. O artıq aramızda deyildi, bu dünyanı tərk etmişdi və mən gəlməyən həkimi günahlandırır, içimdən Lənətlər yağdırırdım. Deyərkən beyin cərrahı həkim gəlmişdi. Xəstənin daha doğrusu ex (Ölmüş) gəncin üzərindəki mələfəni götürməmi söylədi. Mələfəni qaldırdığımda həkimin bir şey deməyə fürsəti olmadan yerə çırpıldığını gördüm. Nə olduğunu anlamağa çalışırdım. Yeməkli bir dəvətdən gəlmişdi. Görəsən çoxmu sərxoş idi ya da infarktmı keçirirdi deyə düşünərkən digər həkim yoldaşları artıq hadisəyə müdaxilə etmişdilər. Ölən o gənc insanin atası idi bu həkim və öz övladının müalicəsi üçün çox gec qalmışdı çox təəssüf ki. 
Pis günündə oğulunun ağrısıyla iflic keçirmiş və vəzifəsinə yenidən dönə bilməmişdi...

Категория: Maraqli | Просмотров: 818 | Добавил: aku252 | Рейтинг: 0.0/0 |
Всего комментариев: 0
Имя *:
Email *:
Код *:
Форма входа
Календарь новостей
«  Mart 2009  »
BeÇaÇrCaCmŞmBz
      1
2345678
9101112131415
16171819202122
23242526272829
3031
Поиск
Друзья сайта
Статистика

Saytda Cəmi: 1
Qonaq: 1
İstifadəçi: 0