Çərşəmbə, 08.05.2024, 05:47Приветствую Вас Гость | RSS
AKU 252
Меню сайта
Разделы новостей
MP3 [10]
Foto [0]
Video [1]
Praqramlar [0]
Mobil Telefon [2]
Rap [2]
Sevgi [14]
Dini [6]
Maraqli [30]
Наш опрос
Sayta ne lazimdir?
Всего ответов: 156
Мини-чат
Главная » 2009 » Mart » 16 » Unutmanın çarəsi tapıldı !! Budur resept!
Unutmanın çarəsi tapıldı !! Budur resept!
11:25
Köhnə sevgilinizi ,sizi üzən hər kəsi xatirələr üzündən unuda bilmirsinizsə ,hər an ağlınıza gəlirsə,və bu vəziyyətdən cox sıxılırsınızsa onda bu yazı sizin üçün yazılmışdır. 
Bu yazını həqiqətən unutmaq istəyənlər oxusun lütfən. Çünki 2 müxtəlif unutmaq vardır bir ağlının unut dediyi,ikincisi ürəyinin “unutmalısan” sözü.
Bu “unutmalısan” sözünü artıq ürəyiniz söyləyirsə bu yazımı oxumağa başlaya bilərsiniz. 
Həkimim və mən.
Artıq ürəyim köhnəsi kimi yanmır. Heç bir şey səni xatırlatmır, xatırlatmır. Anlayıram ki , bu ürək Artıq səni sevmir.Hərhalda istifadə etdiyim dərman işə yaradı. Bax, unutdum belə səninlə keçirdiyim günlərimi, xatirələrimi, yaşatdıqlarını və yaşanılanları. Sənə dair nə varsa yaxşı-pis hamısını silmişəm. 
Həkimim əslində söyləmişdi. "Təsirini dərhal göstərməz" deyə. Bax, təqvimdən neçə səhifələr cırıldı, neçə həftə, neçə ay oldu bilmirəm amma 
sonunda həkimimin tövsiyələrini və dərmanında təsirini görürəm. Səni ürəyimdə tapa bilmirəm... 
Sərçə dünən gecə xəbər vermişdi . Tökdüyün gözyaşlarını gətirdi yastığıma! Birdə peşmanlıqlarını gətirdi yatagıma yavaşca... 
Heç bir şey demədən getdi. Əhəmiyyət verməyib atdım hamısını pəncərəmdən aşagıya!
Sizlərədə tövsiyə edirəm həkimimi. Əslində hər kəsin bir həkimi olmalı təbii, bunu bilmək görmək lazımdır. 
----Yoxsa sənin yoxmu? ----Yaxşı, elə isə dərhal əlinə güzgü al. 
Baxın, baxaq nə görürsən? Özünüzümü? Əminim özünüzü görəcəksiniz!!! (amma bu tutduğunuz istiqamətə görə dəyişər..) 
Harada həkim hanı harada? Dediyinizi eşidir kimi oluram. Yox yox yalanda söyləmirəm 
yaxşıca yaxınlaşdırın aynanı gözlərinizəə dogru. Sonra yaxşı oxuyun bu sözlərimi;


**
Mənim həkimim gözlərimdi... Mən onu heç görməmişdim. O həmişə mənimlə idi, o gün - tərk et edib getdiyin gün səhvlərimi soruşmaq üçün əlimə güzgünü aldığımda gözlərimin danışdığını hiss etdim. 
Mənə kömək etmək üçün danışırdı. Mənim və özü üçün ağlamalarımdan bezmişcəsinə …
Hirsləndim güzgünü atdım bir küncə 
Amma bu acı dayanacaq kimi deyildi, hər gün yanırdı ürəyim, xarab olmuşdum sanki canımı da getdiyi yerə götürmüş, ürəyimdə dərin yaralar açmışdı. Tikiş belə tutmurdu… 
Gözlərimi dinləməyə qərar vermişdim… Bir tək özümdən qalan parçam mənə kömək edə bilərdi… 
Yaralarıma yara binti gətirməyə qalxdı. Sarğı bezləriylə bağlamaq üçün məşğul oldu amma tutmurdu işə yaramayacaq qədər dərin idi yaralarım və çarəsiz… 
Dayanmırdı onun açdığı yaralarımdakı qan. Hər keçən gün qanlar içində oyanırdım yuxumdan. 
Gözlərim artıq həkimim olmuş mənə resept hazırlamışdı… 
EY YARALI KÖNÜL, 
BUDUR RESEPTİN :
*Onu xatırladan ona dair nə varsa at sil.
*Onu heç düşünmə və əsla dönməsi üçün gözləmə.
*Həyatı yaşamaq üçün qalx! Özünə gəl!
*Unutma kimsə imtina edilməz biri deyil

Və bax birdə sənə dərman kimsənin fərq edə bilmədiyi və ucuz olduğu bir dərman yazacağam demişdi :
“ZAMAN”!

Günlər günləri qovur dediyim kimi təqvimlərdən neçə yarpaq cırdığımı xatırlamıram … 
..amma bir gün yoldaşlarımın arasında "Eşq" dedi biri. İzah edə-edə bitirə bilmədi sevdiyini… 
Ürəyimin o ilk günkü ağrıyla yandığını hiss etmişdim… 
Məni təsəlli edən sözlərdən bezmiş, Çölə çıxıb həyata “AZADLIIIIIIQ!!!” demək üçün səbirsizlənirdim… 
İçimdə ağrılarla boğuşan bir ürək vardı və əsəbi bir qız olmuşdum 
Həkimimə çox hirslənmişdim. 
Evə gəldim güzgünü aldım əlimə: "Hanı?!!!!! Hanı ?!!!!Reseptindəkilər Yaramadı .Heç bir şeyi verdiyin dərman unutdurmadı!!!"dedim. 






Həkimim qorxdu.. İçimdəki saxladıgım o qorxunc əsəbi ürək bir atəş kimi böyüyürdü… 
“Dayan sakit ol dedi Ve təsirini elə dərhal göstərməz bu dərman dedi.Bu sənin əlindədir” dedi… 
Bəli, elə demişdi. Amma o gün belə inanmamışdım. Dəlilər kimi sevərkən Onun gedişini qəbul etmək, unutmaq həkimimin söylədiyi kimi heçdə asan olmayacaqdı… 
Güzgünü hər əlimə alıb həkimimə baxdığımda sən gəlirdin ağlıma.… Özümü görmək yerinə Ürəyimlə səni görürdüm... 
Sonralar həqiqətən dərmanımı doğru istifadə etməni öyrəndim… İllər sonra ilk dəfə gülməni öyrəndim.. Səndələyərək yeriyən mən yavaş yavaş düz getməyi bacardım.Addımlarımı her keçən gün sərt və doğru atdım… Hər gün səni silirdim, hər dogan günəşdə bir az daha yox olurdun içimdə… 
Bir gün itdin !!O gün qaçmağı öyrəndim, həyat uçub gedərkən yetişmək istədim, dogruldum, özümə gəldim və sənsizdə qaçmağı bacardım.Xoşbəxt olmağı bacardığım kimi, səni də unutdum!
Həkimim sayəsində özümə güvənməyi, heç bir şey üçün gec olmadığını və həyatımın indi yenidən başladıgını və ən əhəmiyyətlisi heç kimin imtina edilməz olmadıgını öyrəndim.. 
Və səni həyatımdan cıxardıgım gün mənim ikinci Ad günüm olmuşdu… 
Bir gün gözlərimi bağlayıb aynaya baxmağa çalışdım.Bir şeylərin məndə olmadığını hiss etdim Bax, o gün həkimimsiz yaşamayacagımı, yəni Özüm olmadan həyatda qala bilməyəcəyəimi anladım… Xəstəliyimin çarəsinin mən olduğunu öyrəndim… 



***
İndi çox xoşbəxtəm, artıq ürəyimdə də, gözlərimdə də səndən qalan heç bir parça yoxdur… 
Unutdum səni ..Ürəyimdə nə sevgin, nədə kinin var, heç bir şey, sənə dair heç bir şey qalmadı, sildim atdım, cıxardım hər şeyi.. İndi əfsanəsən dodaqlarımda … Anlatdığımda səni hər kəsə artıq canım yanmır.Kimsə də kədərlənməməm üçün təsəlli sözlər hazırlamır… 
Çünki artıq hər kəs bilir səni sevmədiyimi, səni ürəyimdən sildiyimi!!! 
Bir yadsan mənə ulduzlar qədər uzaq və artıq mənim üçün əhəmiyyətsiz…! 

İndi güzgünü əlimə alıb baxdığımda dodaqlarımda bir təbəssüm, gözlərimdəki sönməyən ışıgı görürəm... 


Və .. !! 
.. ölümdən başqa hər şeyə çarə tapılacağaını anladım 
.. Ağrılardan sonra yenə ayaqda möhkəm dayana bilməyi səbirlə, dözümlə bacarmağı öyrəndim 
Və Allaha hər gün şükr edirəm. Hər şeyin dərmanını bizlərə verdiyi üçün 
Ən əhəmiyyətlisi "İNSAN" oldugum üçün!!
Sevdiginiz Qədər bir gün Seviləcəksiniz... 
Dəyər verdiyiniz Qədər bir gün dəyər görəcəksiniz.
Unutmassanız Bir gün Sizdə Unudulmaz olacaqsınız. 
Qiymət bilsəniz Bir gün sizlərdə qiymətli olacaqsınız kimlər üçünsə. 
Vaz keçməzsəniz hər hansı bir şeydən bir gün imtina edilməz olacaqsınız.


Və unutmayın !! Xəstə olmaqda öz əlimizdədir, sağalmaqda öz əlimizdə.. 
Yəni Xəstədə bizik həkimdə … 
Dərmanı yalnız ZAMAN əslində!!Siz yenə də yaxşı baxın özünüzə

Категория: Maraqli | Просмотров: 702 | Добавил: aku252 | Рейтинг: 0.0/0 |
Всего комментариев: 0
Имя *:
Email *:
Код *:
Форма входа
Календарь новостей
«  Mart 2009  »
BeÇaÇrCaCmŞmBz
      1
2345678
9101112131415
16171819202122
23242526272829
3031
Поиск
Друзья сайта
Статистика

Saytda Cəmi: 1
Qonaq: 1
İstifadəçi: 0